RU

"Bitcoin”in qiyməti 71 min dollardan aşağı endi

Son sutkada kriptovalyuta bazarında əsas aktivlər üzrə eniş müşahidə edilib.

Bizim.Media xəbər verir ki, bazarın ümumi kapitallaşması 0,46% azalaraq 2,42 trilyon dollara düşüb.

Lider kriptovalyuta olan “Bitcoin”in qiyməti 0,74% azalaraq 70 962 dollar təşkil edib. Bununla belə, həftəlik müqayisədə “Bitcoin”in qiyməti 2,64% artım göstərib.

İlk onluqda yer alan digər kriptovalyutalara gəldikdə, “Ethereum”un qiyməti son sutkada 0,92% azalaraq 2 192 dollar olub, “BNB”nin qiyməti isə 0,14% artaraq 595 dollar səviyyəsində qərarlaşıb.
 

Eyni dövrdə “Bitcoin Cash”in qiyməti 0,42% artaraq 425 dollar, “Monero”nun qiyməti 2,25% artaraq 347 dollar olub.


Bazarda ən diqqətçəkən artım isə “Zcash”də qeydə alınıb. Belə ki, bu kriptovalyutanın qiyməti son 24 saatda 0,87%, son 7 gündə isə 43,39% artıb.

Əksinə, “Bittensor”un qiyməti son sutkada 1,15%, son 7 gündə isə 18,49% azalıb.

Qızıl ilə təmin olunan tokenlər də diqqət çəkib. “PAX Gold”un qiyməti 0,29% azalaraq 4 700 dollar, “Tether Gold”un qiyməti isə 0,29% azalaraq 4 691 dollar olub.

Bizim.Media

Избранный
2
3
bizim.media

4Источники