RU

"Macarıstan Avropanı seçdi" - AK sədri



Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Macarıstandakı siyasi hadisələrə münasibət bildirib.

aia.az xəbər verir ki, onun sözlərinə görə, "bu axşam Macarıstanda Avropanın ürəyi daha güclü döyünür".

O, Macarıstanın "Avropanı seçdiyini" söyləyərək, "Avropa həmişə Macarıstanı seçib" və birlikdə hər iki tərəfin daha da gücləndiyini vurğulayıb. O, həmçinin ölkənin "Avropa yolunu geri aldığını" qeyd edərək, nəticədə Avropa İttifaqının daha da gücləndiyini əlavə edib.

Qeyd edək ki, dünən keçirilən seçkilərdə Tisza parlamentdə 135 yer, hakim Fidesz-KDNP koalisiyası isə 57 yer alıb. Bu nəticə müxalif Peter Madyarın partiyasına konstitusiya çoxluğu verir.

aia.az



Избранный
5
2
aia.az

3Источники