RU

Çayçı Hüseyn in dostu Şükrü indi görün nə işlə məşğul olur

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir dövrün ən çox izlənən seriallarından olan "Çocuklar Duymasın" bu gün də yaddaşlardadır. Xüsusilə Çayçı Hüseyn və yaxın dostu Şükrü obrazları tamaşaçıların yaddaşına birdəfəlik həkk olunub. Lakin Şükrü obrazına həyat verən Şükrü Koruyucu uzun illərdir ekranlardan tamamilə uzaqlaşıb.Demokrat.az bildirir ki, Mediadan uzaq düşən aktyorun indiki həyatı ilə bağlı üzə çıxan detallar hamını təəccübləndirib. Sən demə, o, aktyorluq macərasından sonra əvvəlki peşəsinə qayıdıb. Əslində elə serialın heyətinə düşməsi də maraqlı təsadüf imiş. Həmin vaxtlar Birol Güvenin prodakşn şirkətində işləyən Koruyucunun xarici görünüşü rejissorun diqqətini çəkib və beləcə o, milyonların tanıdığı Şükrüyə çevrilib.Serial bitdikdən sonra sakit həyat tərzini seçən Koruyucu hazırda Darıca bələdiyyəsində sürücü işləyir. O, yerli futbol klubunun oyunçularını matçlara daşıyır. Aktyor bu vəziyyətə zarafatla yanaşaraq "daşıdığım futbolçulardan daha məşhur olan yeganə sürücü yəqin ki, mənəm" deyir. Bir vaxtlar ekranların ulduzu olan simanın bu gün tam fərqli bir sahədə çalışması sosial şəbəkələrdə də maraqla qarşılanıb.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
demokrat.az

1Источники