RU

“Finex Kredit” BOKT-un kapitalı artırılacaq - SƏHMDƏRLAR TOPLANIR

“Finex Kredit” BOKT ASC-nin nizamnamə kapitalı artırılacaq.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 12 may 2026-cı il saat 11.00-da “Finex Kredit” BOKT ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Gündəlikdəki məsələlər:

1. Nizamnamə kapitalının artırılması barədə müzakirə.

2. Müşahidə şurasının tərkibinin formalaşdırılması barədə müzakirə.

3. 2025-ci ilin maliyyə-təsərrüfat yekunlarına aid kənar auditin hesabatı üzrə müzakirə.

Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi, bina 1, ofis 413 nömrəli ünvanda keçiriləcək.

Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə bağlı sənədlərlə hər həftənin çərşənbə axşamı günləri saat 12.00-dək tanış ola bilərlər.

Əlaqə telefonu: (+994 12) 311-41-45 / E-mail: [email protected]

Избранный
4
1
fed.az

2Источники