RU

Tramp Roma Papasını tənqid etdi

ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonu tənqid edərək, Katolik Kilsəsinin rəhbərinin “cinayətkarlıqla mübarizədə zəif, xarici siyasətdə isə uğursuz” olduğunu iddia edib.

Bizim.Media xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp yazıb ki, pontifikin İran və Venesuela ilə bağlı mövqeyi ilə razılaşmır. Onun sözlərinə görə, İranın nüvə silahına sahib olmasını məqbul hesab edən və ABŞ-ın Venesuelaya qarşı addımlarını tənqid edən Papa ilə razılaşmaq mümkün deyil. Prezident, həmçinin ABŞ administrasiyasına qarşı tənqidləri qəbul etmədiyini bildirib.

ABŞ lideri qeyd edib ki, onun fikrincə, Ağ Evdə baş verən hadisələr olmasaydı, XIV Leo bu vəzifəni tutmazdı. O, pontifiki kilsə rəhbəri kimi öhdəliklərinə diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, Roma Papası daha əvvəl ABŞ-ın İrana qarşı siyasətini tənqid edib. O, xüsusilə Amerika liderinin İran sivilizasiyasını məhv etməklə bağlı səsləndirdiyi təhdidləri qəbuledilməz adlandırmışdı.

Papa Pasxa bayramı münasibətilə Qərb xristianlarına müraciətində dünya liderlərini münaqişələrin kəskinləşməsinin qarşısını almağa və dialoqa üstünlük verməyə çağırmışdı.

Bizim.Media

Избранный
13
5
bizim.media

6Источники