RU

Onlar da Hörmüz boğazında gəmiçiliyin bərpasına çalışacaqlar

Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya və Fransa digər ölkələrlə birlikdə Hörmüz boğazında gəmiçiliyin bərpası istiqamətində fəaliyyət göstərəcəklər.

Hafta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisi məlumat yayıb. Məlumata görə, Baş nazir Kir Starmerin Fransa Prezidenti Emmanuel Makronla apardığı telefon danışığı zamanı tərəflər Hörmüz boğazının qlobal ticarət və enerji təchizatı üçün strateji əhəmiyyətini, həmçinin naviqasiya azadlığının qorunması məqsədilə geniş tərəfdaşlar koalisiyası ilə işləməyin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, aprelin 12-də Prezident Donald Tramp ABŞ və digər ölkələrin hərbi dəniz qüvvələrinin Hörmüz boğazını blokadaya alacağını bəyan edib. “Sky News” telekanalı isə Böyük Britaniyanın ABŞ-nin hərbi missiyasında iştirak etməyəcəyini bildirib.

Избранный
6
3
hafta.az

4Источники