RU

Netanyahu məhkəmə qarşısına çıxmaqdan qorxur... İsrail mediası

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Ümumi Təhlükəsizlik Agentliyi ("ŞABAK", yaxud "Şin Bet") Baş nazir Benyamin Netanyahunun ifadəsi ilə bağlı dairə məhkəməsinə rəy təqdim edib.

Moderator.az xəbər verir ki, yerli "13-cü" telekanalın məlumatına görə, "ŞABAK" rəhbəri David Zini məhkəməyə Netanyahunun şəxsi təhlükəsizliyi səbəbindən İranla atəşkəs dövründə ifadə verə bilməyəcəyini bildirən sənəd göndərməyə qərar verib. Kəşfiyyat rəhbərinin rəyinə görə, baş nazir xüsusilə, uzun müddət ictimaiyyətə məlum olan yerdə qalmamalıdır.

"Haaretz" qeyd edir ki, bu, ilk dəfə baş vermir. 2024-cü ilin dekabr ayında baş nazirin ofisi o vaxtkı "ŞABAK" rəhbəri Ronen Bardan Netanyahunun məhkəməyə gəlməməsinə imkan verən oxşar rəy hazırlamasını istəyib. Bar imtina edib və onun sözlərinə görə, məhz bu imtina onunla baş nazir arasındakı münasibətləri pisləşdirib.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
1
moderator.az

2Источники