RU

ABŞ Hörmüzdən keçən bütün gəmilərə mane olmayacaq

BAKI, 13 aprel. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən bütün gəmilərin hərəkətinə müdaxilə edilməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri yalnız İran limanlarına daxil olan və ya oradan çıxan gəmiləri dayandıracaq.

Məlumata görə, CENTCOM-un bəyanatında qeyd olunub ki, İranla əlaqəsi olmayan, yəni digər ölkələrin limanlarına yönələn və ya oradan gələn gəmilərin boğazdan sərbəst keçidinə maneə yaradılmayacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ tərəfi Hörmüz boğazında dəniz blokadasına başlayacağını açıqlamışdı. Bildirilmişdi ki, bu tədbirlər İran limanlarına daxil olan və ya oradan çıxan bütün ölkələrin gəmilərinə şamil ediləcək.

Избранный
25
teleqraf.com

1Источники