Bakı. Trend:
İsrailin baş naziri Binyamin Netanyahu Livanın cənubundakıİsrail qoşunlarının mövqelərini ziyarət edib.
Trend-in məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuatxidməti bildirib.
Bildirilib ki, baş naziri bu səfərdə İsrailin müdafiə naziriİsrael Kats, Ordunun Baş Qərargah rəisi general-leytenant EyalZamir və Şimal Hərbi Dairəsinin komandanı general-mayor Rafi Milomüşayiət edib.
Səfərdən sonra Netanyahu "Hizbullah" təşkilatının hərbi qanadınaqarşı kampaniyanı davam etdirmək niyyətində olduğunu açıqlayıb."Müharibə, o cümlədən bir müddət əvvəl olduğum Livandakıtəhlükəsizlik zonasının daxilində davam edir", - deyə obildirib.