RU

Günün qoroskopu: Maliyyə məsələlərində ehtiyatlı olun

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

13 aprel 2026-cı il üçün ulduzların düzümü daha çox hisslərə, daxili dünyaya və yaradıcılığa yönəldir. Günəş Qoçda qalmaqda davam edir, Ay isə Balıq bürcündə irəliləyir. Merkuri də Balıqda olduğundan düşüncələr daha çox intuisiya ilə idarə olunur. Venera Buğada sabitlik gətirsə də, Marsın Qoçda Neptunla yaxınlaşması günə bir qədər qeyri-müəyyən çalar qatır. İlham artır, amma reallıqla xəyalların sərhədi bəzən itə bilər.Demokrat.az 13 aprel üçün günün ulduz falını təqdim edir:Qoç bürcü üçün gün kifayət qədər enerjili başlayır. Marsın təsiri motivasiyanı artırır, lakin tələsik qərarlar sonradan peşmanlıq yarada bilər. Yaradıcı işlər və fiziki aktivlik uğurlu alınır, maliyyə məsələlərində isə ehtiyatlı davranmaq daha doğru görünür. Günün ikinci yarısı emosional baxımdan daha həssas keçir.Buğa üçün Veneranın mövqeyi özünü rahat hiss etdirməyə davam edir. Maddi məsələlərdə sabitlik hiss olunur, bəzi gözlənilməz müsbət xəbərlər də istisna deyil. Ətrafdan dəstək almaq asanlaşır. Gün münasibətlər baxımından sakit və ahəngdar keçir.Əkizlərdə düşüncə ilə hisslər arasında balans bir qədər pozula bilər. Merkuri təsiri intuisiya versə də, ünsiyyətdə anlaşılmazlıq yarana bilər. Buna baxmayaraq, yaradıcı sahədə olanlar üçün maraqlı ideyalar ortaya çıxır. Günün axşam saatları daha rahat keçir.Xərçənglər üçün Ayın mövqeyi xüsusilə uyğun gəlir. Daxili rahatlıq, ailə ilə bağlı mövzular və keçmişdən qalan məsələlərin həlli ön plana çıxır. Gün ərzində hisslər daha aydınlaşır, qərarlar isə ürəyə yaxın verilir.Şir bürcü üçün enerji yüksəkdir. Günəşin dəstəyi ilə aktivlik artır, Mars-Neptun təsiri isə yaradıcılığı gücləndirir. Sosial mühitdə diqqət çəkmək asanlaşır, amma detalları nəzərdən qaçırmaq olmaz. Gün dinamik keçir.Qızlar üçün gün daha çox sakit və düşüncəli keçir. İş və gündəlik həyatla bağlı xırda dəyişikliklər mümkündür. Ayın təsiri stressi azaldır, istirahətə vaxt ayırmaq faydalı olur. Maliyyə məsələlərində qənaət etmək yerinə düşər.Tərəzilər münasibətlərdə balans tapmağa çalışır. Venera bu sahədə dəstək verir, ünsiyyət daha yumşaq və anlayışlı olur. Sosial həyat canlanır, amma qərar verərkən emosiyalara çox qapılmamaq tövsiyə olunur.Əqrəblər üçün gün dərin hisslərlə yadda qala bilər. Bəzi gizli qalan məqamlar üzə çıxa bilər. Araşdırma və analiz tələb edən işlər uğur gətirir. Maliyyə sahəsində dəyişiklik ehtimalı var.Oxatanlar üçün yeni ideyalar və planlar gündəmdədir. Səyahət və ya təhsil mövzuları aktuallaşır. Ayın təsiri daxili səsə qulaq asmağı asanlaşdırır. Gün romantik notlarla da yadda qala bilər.Oğlaqlar üçün məsuliyyət hissi yenə ön plandadır. İşlər plan üzrə gedir, amma emosional tərəf bir qədər diqqət tələb edir. İstirahətə vaxt ayırmaq vacib görünür. Gün sabit keçir.Dolçalar sosial baxımdan aktiv olur. Dostlarla ünsiyyət, qrup işləri və yeni ideyalar günün əsas mövzularına çevrilir. Yaradıcılıq artır, fərqli yanaşmalar diqqət çəkir.Balıqlar üçün isə gün xüsusi sayılır. Ayın öz bürcündə olması hissləri gücləndirir, intuisiya zirvəyə qalxır. Yaradıcılıq, incəsənət və yardım mövzuları daha çox diqqət çəkir. Bununla yanaşı, reallıqdan uzaqlaşmamaq vacibdir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
demokrat.az

1Источники