RU

Pezeşkian ABŞ-yə şərt qoydu: “Qırmızı xətləri keçməyin, razılaşaq”

İran prezidenti Məsud Pezeşkian ABŞ ilə mümkün razılaşma ilə bağlı diqqətçəkən açıqlama verib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton beynəlxalq normalara əməl edər və Tehranın “qırmızı xətlərini” nəzərə alarsa, tərəflər arasında ədalətli razılaşma əldə oluna bilər.

Pezeşkian vurğulayıb ki, İranın əsas “qırmızı xətti” ölkənin milli maraqları və İran xalqının hüquqlarıdır.

Prezident əlavə edib ki, İran balanslı və ədalətli razılaşmaya nail olmaq üçün tam hazırdır. Bu cür razılaşmanın regionda sülhün və davamlı təhlükəsizliyin təmin olunmasına xidmət edəcəyi bildirilib.\\musavat.com

Избранный
5
3
konkret.az

4Источники