RU

Saşa İliç Tovuzda uduzduqları oyundan nə danışdı?

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 27-cı turunda üzləşdikləri "Turan Tovuz"la səfər oyununu şərh edib. 

Fanat.Az xəbər verir ki, serb mütəxəssis 1:2 hesabı ilə uduzduqları matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:

"İlk hisədə bir qədər qorxaq oynadıq. Amma ikinci hissədə təşəbbüs bizim tərəfdəydi. Startdakı çəkingənlik ola bilsin, stadiondakı ab-havanın təsirindən irəli gəlirdi. Avrokuboklara şansımız qalmayıb. Bu baxımdan komandamdan gözəl oyun gözləyirəm. Amma bəzən alınır, bəzən yox. Hakim səhvləri ilə bağlı şikayətlər eşidirəm. Bizim oyunlarda da belə hallar baş verir. Bu nüanslar oyuna da təsir edir. Məsələn, bu gün daha çox vaxt artırmaq olardı". 

Mirağa

Избранный
6
1
fanat.az

2Источники