RU

Patent müvəkkilliyi imtahanının nəticələri açıqlandı

Dogru.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 12-də patent müvəkkilliyinə namizədlərin attestasiyasının birinci – test mərhələsini keçirib.

Doğru.az xəbər verir ki, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub və iştirakçılar nəticələrini imtahan bitən kimi görə biliblər. Nəticələr DİM-in saytında da yerləşdiriləcək.

3 saat davam edən imtahanda namizədlərə 100 test tapşırığı təqdim olunub. Hər düzgün cavab 1 balla qiymətləndirilib, səhv cavablar nəticəyə təsir etməyib və maksimal bal 100 olub.

Qeydiyyatdan keçmiş 40 nəfərdən 36-sı imtahanda iştirak edib. Onlardan 31 nəfər 50 və daha çox bal toplayaraq növbəti mərhələyə – müsahibəyə buraxılıb. Müsahibə mərhələsi Əqli Mülkiyyət Agentliyi tərəfindən yaradılmış komissiya tərəfindən aparılacaq.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası aprelin 13–15-də saat 14:00-dan 17:00-dək DİM-in binasında fəaliyyət göstərəcək.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
dogru.az

10Источники