RU

10 ölkədən yalnız 3 ü Trampın Sülh Şurasına pul ianə edib KİV

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurası Qəzza üçün vəd edilən 17 milyard dolların yalnız kiçik bir hissəsini toplaya bilib və bu da Trampın Fələstin anklavının gələcəyi ilə bağlı planını irəlilətməsinə mane olub.

Bakıvaxtı.az xəbər verir ki, bu brədə "Reuters" mənbələrinə istinadən məlumat yayıb.

Layihə anklavın genişmiqyaslı bərpasını nəzərdə tutur.

Vəd edilmiş vəsait həmçinin yeni yaradılmış Qəzza Zolağını İdarəetmə üzrə Milli Komitənin fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdu.

Mənbənin məlumatına görə, vəsait ayırmağı vəd edən on ölkədən yalnız üçü - BƏƏ, Mərakeş və ABŞ-nin özü pul köçürüb.

Bildirilib ki, indiyə qədər 1 milyard dollardan az vəsait ayrılıb. 

Əli hüseynov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
bakivaxti.az

2Источники