RU

Qəbələ öz meydanında İmişli yə uduzdu

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, "Qəbələ" öz meydanında "İmişli"ni qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45-ci dəqiqədə Dieqo Rollo vurub.

Bu nəticədən sonra xallarını 23-ə çatdıran "İmişli" 9-cu pilləyə yüksəlib. "Qəbələ" isə 19 xalla 11-ci sırada qalıb.

Tura bu gün Tovuz şəhər stadionunda keçiriləcək "Turan Tovuz" - "Sumqayıt" matçı ilə yekun vurulacaq. Qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"ə 4:1, "Neftçi" "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib, "Sabah" - "Zirə" (2:2) və "Şamaxı" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
11
unikal.az

10Источники