RU

"Hər şey "Çelsi" ilə oyunda bitə bilər" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada "Çelsi" ilə keçiriləcək oyunun əhəmiyyətindən danışıb. 

Fanat.Az xəbər verir ki, "City Xtra" onun dediklərini belə təqdim edib:

"Stemford Bridc"də qalib gəlməsək, "Arsenal"la növbəti oyundan əvvəl mətbuat konfransı keçirməyə ehtiyac olmaya bilər, çünki hər şey bitəcək. Bunu hamı bilir. Sən də, mən də, oyunçular da bilir - hamı bilir". 

"Şəhərlilər"ın "Çelsi" ilə səfər matçı bu gün keçiriləcək və Bakıvaxtı ilə saat 19:30-da başlayacaq. 

Yeri gəlmişkən, "Arsenal" şənbə günü evdə "Bornmut"a gözlənilməz məğlubiyyətlə (1:2) üzləşib. "Topçular"dan iki oyun az keçirən "Siti" liderdən doqquz xal geridə qalır. İki komanda çempionluq baxımından primsipial matçda aprelin 19-da üz-üzə gələcək.

Избранный
6
1
fanat.az

2Источники