RU

Salyanda ağır yol QƏZASI - Ölən və xəsarət alanlar var

Salyanda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınınb. Belə ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
 
Qəza nəticəsində Sumqayıt şəhər sakinləri; 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı, 1980-ci il təvəllüdlü Paşayev Anar Natiq oğlu və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri - V.Paşayeva yolda keçinib.
 
Faktla bağlı araşdırma aparılır.
Избранный
24
7
moderator.az

9Источники