AZ

Salyanda ağır qəza: ölən və yaralananlar var

Salyanda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınınb. Məlumata görə, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində Sumqayıt şəhər sakinləri 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı, 1980-ci il təvəllüdlü Paşayev Anar Natiq oğlu və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri - V.Paşayeva yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
3
7
buta.tv

9Mənbələr