"Heç kim bir görüşdə razılaşmanın əldə olunacağını gözləmirdi".
Redaktor.az xəbər verir ki, bunu Pakistanin vasitəçiliyi ilə İslamabadda keçirilən ABŞ-lə danışıqları şərh edən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“Əlbəttə, başlanğıcdan etibarən bir iclasda razılığa gələcəyimizi gözləməməli idik. Heç kimin belə bir gözləntisi yox idi”, – deyə İsmayıl Bəqai qeyd edib.
İran XİN sözçüsü Pakistan və digər region ölkələri ilə birgə diplomatik səylərin davam edəcəyini də bildirib.