RU

Nizami və Sabunçu rayonlarının kəsişməsində sakinlər təhlükədə – VİDEO

 

Yağış torpağı yudu, fərdi yaşayış evinin altından axan torpaq yolun yarısını bağladı…

 

NOCOMMENT.az xəbər verir ki, söhbət paytaxtın Nizami və Sabunçu rayonlarının kəsişməsində yerləşən Elşən Süleymanov küçəsindən gedir, bu ünvanda torpaq qatı ciddi şəkildə sürüşüb və bəzi yaşayış evləri uçma təhlükəsi ilə qarşılaşıb.

Təhlükəli vəziyyətdə olan bu yaşayış evinin sakinləri çəkiliş aparmağımıza icazə vermədilər və bildirdilər ki, evin təməli möhkəmdir, sürüşmə olsa da məhz bu evə heç nə olmayacaq.

Lakin gördüklərimiz onu deməyə əsas verir ki, ərazidəki mövcud vəziyyət sakinlərin həyatı üçün risk təşkil edir.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanladıq, Fövqəladə Hallar Nazirliyindən bildirdilər ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən fərdi yaşayış evinə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki, qeyd olunan ev inşaat norma və qaydalarının tələbləri pozulmaqla kəskin relyefli sahədə inşa edilib.

Məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
11
1
nocomment.az

2Источники