RU

Masazırda iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb

Aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

Senzor.az bildirir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən KİV-in sorğusuna verilən cavabda belə deyilir.

 

Qeyd edilib ki, 2 nəfərin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

**12:28


Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.

 

Senzor.az bildirir ki, ilkin versiyaya görə, Abşeron rayonu, Masazır qəsəbəsində 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərliyə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

 

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin (və ya şəxslərin) saxlanılması istiqamətində tədbirlər görülür.


Əlavə məlumat veriləcək.

Избранный
37
5
senzor.az

10Источники