RU

Ermənistan Şurasının eksperti: Bu cür görüşlər davam etdirilməlidir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qəbələ, 11 aprel, AZƏRTAC

Mənim fikrimcə, bu təşəbbüs müxtəlif formatlarda inkişaf edəcək. Belə görüşlər davam etdirilməlidir. Onlarla paralel olaraq müəyyən qruplar da çalışacaq. Həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətindən bu təşəbbüsdə iştirak edənlərin bir qismi mümkündür ki, birgə məqalələr yazsınlar, ya da medianın monitorinqini aparsınlar. Bütün bunlar müzakirə mərhələsindədir.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlaması zamanı Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masada iştirak edən Ermənistan Şurasının assosiativ eksperti Edqar Vardanyan bildirib.

Onun proqnozuna görə, cari formatda ənənəvi görüşlər çox güman ki, davam edəcək, paralel olaraq ayrı-ayrı birgə layihələrə start veriləcək: “Bu monitorinq, ümumi məqalələr, araşdırmalar və bu kimi şeylər ola bilər”.

Müxbir – Leyla Muradzadə

Foto – Tofiq Babayev

Video – Mir Rəsul Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
3
azertag.az

4Источники