RU

İran və ABŞ arasında kritik müzakirələr: Danışıqların vaxtı uzadıla bilər

İran və ABŞ nümayəndə heyətləri arasında Pakistanın paytaxtı İslamabadda keçirilən görüşlərdə mühüm irəliləyiş qeydə alınıb.

Musavat.com "Tasnim"ə istinadən xəbər verir ki, tərəflər artıq ümumi müzakirə mərhələsini geridə qoyaraq, bəzi spesifik məsələlər üzrə texniki detalların müzakirəsinə başlayıblar.

"Tasnim" agentliyinin İslamabada ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ilkin məsləhətləşmələrdən sonra hər iki tərəfin ekspertləri hazırda bir sıra mövzular üzrə detallı təhlillər aparırlar.

Müzakirələrin əvvəlcə bir gün davam etməsi planlaşdırılsa da, texniki məsələlərin dərindən araşdırılması zərurəti ilə əlaqədar danışıqların daha bir gün uzadılması ehtimalı yaranıb.

Hələlik müddətin uzadılması ilə bağlı qəti qərar verilməsə də, ekspertlər səviyyəsində müzakirələrin intensivliyi bu ehtimalı kifayət qədər artırır.

Musavat.com

Избранный
122
3
musavat.com

10Источники