RU

Şəmkirdə sirkə turşusundan zəhərlənən qadın ölüb

Şəmkirdə sirkə turşusundan zəhərlənən 60 yaşlı qadın xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qədimqala kəndində baş verib. Kənd sakini 1966-cı ildə M.Musayeva zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Zülfüqar Məmmədov adına xəstəxanaya yeləşdiriliblər. Dərhal ona yardım edilib, həkimlərin tibbi yardımlarına baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Qadının hansı şəraitdə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Fakt üzrə araşdırma aparılır.

Tural Əhmədov

Избранный
34
2
unikal.az

5Источники