RU

İran ABŞ gəmilərinin Hörmüz boğazından keçməsini təkzib edib YENİLƏNİB

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

İran ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçidini təkzib edib.

Bu barədə “Tasnim”ə yüksək vəzifəli iranlı təhlükəsizlik rəsmisi bildirib.

Qeyd edilib ki, rəsmi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin bu gün Hörmüz boğazından keçdiyi ilə bağlı “Axios”un məlumatlarını qəti şəkildə rədd edib.

Atəşkəs qüvvəyə mindikdən sonra bu strateji su yolundan heç bir gəminin keçmədiyi vurğulanıb.

***

17:40

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir neçə gəmi şənbə günü Hörmüz boğazından keçib.

Bu barədə "Axios"a ABŞ rəsmisi məlumat verib.

Bu addımın İranla razılaşdırılmadığı qeyd olunb.

"Bu, müharibə başlayandan bəri ABŞ hərbi gəmilərinin boğazdan ilk keçidi hesab olunur", - məlumatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
3
apa.az

6Источники