RU

Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəf 175 hərbçini geri qaytardı

Rusiya və Ukrayna arasında "175/175" formatında əsir mübadiləsi baş tutub.

Azreform.info xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Aprelin 11-də Ukrayna tərəfindən 175 rus hərbçisi geri qaytarılıb. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin 175 hərbi əsiri qarşı tərəfə təhvil verilib. Həmçinin Ukrayna tərəfindən saxlanılan yeddi Rusiya vətəndaşı - Kursk vilayətinin sakinləri geri qaytarılıb, onlar evlərinə çatdırılacaqlar", - deyə xəbərdə bildirilib.

Nazirlikdən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri rusiyalı hərbçilərin Ukraynadan geri qaytarılmasında vasitəçi qismində çıxış edib.

Избранный
4
5
azreform.info

6Источники