Qahirə, 11 aprel, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının 2029-cu il üçün illik toplantıları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçiriləcək.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu qərar adı çəkilən beynəlxalq maliyyə təşkilatlarının idarə heyətlərinin keçirdikləri səsvermənin nəticələrinə əsasən qəbul edilib.
Xatırladaq ki, BƏƏ-nin digər şəhəri - Dubay bu beynəlxalq maliyyə qurumlarının illik toplantıları 2003-cü ildə ev sahibliyi edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə