Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib. Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 050 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F.Fərəcov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, bir müddət ərazidə müşahidə aparıb. Evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra isə əməli törədib.
Faktla bağlı araşdırmalar davam etdirilir.