RU

Abdullah Zubir “Qarabağ”ı Qətər klubuna dəyişir – ARENA.AZ

“Qarabağ”ın fransalı sol vingeri Abdullah Zubir 2025/2026-cı illər mövsümünün sonunda Ağdam təmsilçisi ilə yollarını ayıracaq.

Arena.az xəbər verir ki, bu barədə Fransanın “Ekip” nəşri məlumat yayıb.

Sözügedən mənbə futbolçunun yeni klubunun da müəyyənləşdiyini iddia edib. Zubirin karyerasını Qətər təmsilçisi “Əl-Şahaniyə”də davam etdirəcəyini bildirir. Transferin detalları açıqlanmasa da, müqavilənin şərtləri artıq razılaşdırılıb.

Xatırladaq ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da forma geyinir. Mərakeş əsilli fransalı vinger Ağdam klubunun heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.

Zubir “Qarabağ”la 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. O, daha öncə “Lans”, “Petrolul”, “İstr” və “Hibernian” kimi klubların da formasını geyinib.

Sonda onu da qeyd edək ki, Zubirin “Qarabağ”la 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
20
7
arena.az

10Источники