Son məlumatlara görə, İrana qarşı əməliyyatın başlanmasından bəri ən azı 390 amerikalı hərbçi yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, yaralananlardan 346 nəfəri birbaşa döyüş əməliyyatları zamanı xəsarət alıb. Onların arasında 231 nəfər ordunun şəxsi heyəti, 63 nəfər Hərbi Dəniz Qüvvələrinin dənizçisi, 19 nəfər Dəniz Piyadası və 33 nəfər Hərbi Hava Qüvvələrinin hərbçisidir.
Hesabatda qeyd olunur ki, yaralıların əksəriyyəti artıq xidmətə qayıdıb.