Xəzər dənizində zəlzələ baş verib. Bu barədə 1news.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 07:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub. Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.