RU

Zubir “Qarabağ”dan ayrılır

“Qarabağ”ın kapitanı Abdullah Zubir yayda komandadan ayrılacaq

Msport .az xəbər verir ki, bu haqda  “L”Equipe” nəşri məlumat yayıb.

Məlumata görə, 34 yaşlı futbolçu Qətərin “Al-Şahaniya” klubu ilə müqavilə şərtlərini razılaşdırıb.

Hazırda əsas məsələ futbolçunun transferinin detallarıdır. Zubirin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Mərakeş əsilli fransalı vinger 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, Ağdam klubunda   355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə verib.

Избранный
2
1
msport.az

4Источники