“Qarabağ”ın kapitanı Abdullah Zubir yayda komandadan ayrılacaq.
Msport .az xəbər verir ki, bu haqda “L”Equipe” nəşri məlumat yayıb.
Məlumata görə, 34 yaşlı futbolçu Qətərin “Al-Şahaniya” klubu ilə müqavilə şərtlərini razılaşdırıb.
Hazırda əsas məsələ futbolçunun transferinin detallarıdır. Zubirin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Mərakeş əsilli fransalı vinger 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, Ağdam klubunda 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə verib.