RU

İsrail ABŞ nin bu tələbini qəbul etdi

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrailin ABŞ-nin Beyruta hücumların dayandırılması tələbi ilə razılaşdığı bildirilir.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Haaretz” qəzeti İsrail diplomatik mənbəyinə istinadən xəbər yayıb.

Mənbənin sözlərinə görə, Təl-Əviv administrasiyası Beyrutu hədəf almamaq barədə Vaşinqtonun tələbini qəbul edib və hazırda şəhər daxilində əhəmiyyətli hərbi hədəf görmür.

Digər bir İsrail mənbəsi isə bildirib ki, İran Livanda atəşkəsin əldə olunması üçün ciddi təzyiq göstərir və əgər razılaşma baş tutmasa, prosesdən geri çəkilə biləcəyini bildirib.

Məsələ ilə bağlı İsrail rəsmiləri hələlik rəsmi açıqlama verməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
1
qafqazinfo.az

2Источники