RU

İstanbulda əməliyyat keçirilib, 22 nəfər həbs edilib

İstanbulda cinayətkar qruplaşma ilə əlaqədə şübhəlilərə qarşı əməliyyat keçirilib, saxlanılan 30 nəfərdən 22-si həbs edilib.

"Far.Az" "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən başda cinayətkar qruplaşma fəaliyyətləri həyata keçirən şübhəlilərə qarşı təşkil edilən əməliyyatda tutulanların polis idarəsindəki prosedurları başa çatıb.

Tibbi baxışdan sonra məhkəməyə göndərilən 30 şübhəlidən 22-si həbs edilib, 8-i isə nəzarət hökmləri tətbiq edilərək sərbəst buraxılıb.

Polis əməkdaşları mütəşəkkil cinayətkar qruplaşmaların ifşa edilməsi və şübhəlilərin yaxalanması istiqamətində İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə tədbirlər həyata keçirib.

Избранный
58
far.az

1Источники