Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Londonda xristianların müqəddəs Pasxa bayramı münasibəti ilə ziyafətə qatılıb.
"Far.Az" xəbər verir ki, E. Süleymanov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Zati-aliləri xanım lord-mer Suzan Lenqli tərəfindən nəzakətlə təşkil olunmuş "Mansion House London"dakı Pasxa banketində iştirak etməkdən şərəf duyuram", - paylaşımda bildirilib.
Qeyd edək ki, S. Lenqli Londonun 697-ci lord-meridir və 2025-ci ilin 7 noyabrından bu vəzifədədir. Hazırda bir il müddətinə seçilən lord-mer London şəhərinin meri demək deyil. Daha əvvəl maliyyə və sığorta sahələrində uğurlu karyera quran Lenqlinin məqsədi şəhərin maliyyə mərkəzi kimi dünyadakı mövqeyini qorumaqdır. Bu vəzifə 800 ildir mövcuddur.
London şəhərinin meri isə Sadiq Xandır. O, Leyboristlər Partiyasının üzvüdür və bu vəzifəyə ilk dəfə 2016-cı ildə seçilib. 2024-cü ilin mayında keçirilən son seçkilərdə qalib gələrək ardıcıl üçüncü müddətə London meri olub.
Thank you Lady Mayor @citylordmayor for welcoming the diplomatic corps to @cityoflondon Mansion House for the splendid Easter Banquet!
— Elin Suleymanov (@ElinSuleymanov) April 10, 2026
Always a pleasure to see my good friend Ambassador Goran Aleksić @SRBinUK https://t.co/vc2H1p4GWA pic.twitter.com/9smWn01pM9