RU

İslamabadda TARİXİ GÖRÜŞ: ABŞ və İran nümayəndə heyətləri Pakistanda - VİDEO

Xəbər verdiyimiz kimi, Pakistanın paytaxtı İslamabad şəhəri ABŞ və İran arasında keçiriləcək kritik danışıqlara ev sahibliyi edir.

Musavat.com "Tasnim"ə istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi təxminən 300 nəfərlik geniş nümayəndə heyəti artıq Pakistana daxil olub.

Heyətin tərkibinə prezidentin xüsusi elçisi Stiv Uitkoff və Jared Kuşner kimi mühüm simalar daxildir.

İran tərəfi isə danışıqlarda İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərliyi ilə 70 nəfərlik heyətlə təmsil olunur.

Bu heyətə xarici işlər naziri Abbas Əraqçi ilə yanaşı, iqtisadi, hərbi və hüquqi məsələlər üzrə məsul şəxslər, Əbdülnasir Hemməti, Əli Əkbər Əhmədian və İsmayıl Bəqayi daxildir.

İran nümayəndə heyətinin tərkibində həmçinin 26 texniki ekspert və 23 media mənsubu yer alıb.

Məlumata görə, İran heyəti əvvəlcə Pakistanın baş naziri Şahbaz Şəriflə görüşəcək. Müzakirələrin əsas mərhələsinin "Serena" hotelində keçirilməsi planlaşdırılır. Əgər İranın irəli sürdüyü ilkin şərtlər ABŞ tərəfindən qəbul edilərsə, rəsmi danışıqların sabah günortadan sonra başlayacağı gözlənilir. Pakistanın vasitəçiliyi ilə baş tutan bu görüşlər regionda gərginliyin azaldılması və daimi atəşkəsin əldə olunması məqsədi daşıyır.

İqbal RZAYEV,
Musavat.com

Избранный
18
29
musavat.com

10Источники