AZ

İran nümayəndə heyəti İslamabadda: ABŞ-la danışıqlara “168 qızın qanı” ilə gəldilər

İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün Pakistanın paytaxtı İslamabad şəhərinə çatıb.

Musavat.com xəbər verir ki, nümayəndə heyəti “Minab 168” adı ilə təqdim olunur və bu ad konkret faciə ilə əlaqələndirilir.

Məlumata görə, ad İranın cənubunda yerləşən Minab şəhərində baş vermiş hadisəyə istinad edir. ABŞ və İsrail qüvvələrinin Minabda yerləşən qızlar məktəbinə endirdiyi zərbə nəticəsində 168 qız şagird həlak olub.

İran tərəfinin nümayəndə heyətinə məhz bu adı verməsi danışıqların siyasi və emosional fonunu açıq şəkildə göstərir. Bu addım həm baş verən faciənin unudulmaması, həm də qarşı tərəfə mesaj ötürülməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, “Minab 168” adı artıq beynəlxalq informasiya məkanında da müzakirə olunur və İranın danışıqlara yanaşmasının sərt və prinsipial xətt üzərində qurulduğunu nümayiş etdirir.

Musavat.com

Seçilən
8
50
musavat.com

10Mənbələr