RU

Lənkəranda ağır qəza baş verib, 4 nəfər xəsarət alıb

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

APA-nın cənub bürosu xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil Göyşaban kənd sakini, 2000-ci il təvəllüdlü Hikmət Davudzadənin idarə etdiyi “Opel”lə toqquşub.

Nəticədə “Mercedes”də olan Sabirabad sakinləri – 2005-ci il təvəllüdlü Allahverdi Oruczadə və Emil Əliyev, həmçinin “Opel”in sürücüsü və sərnişini, 2000-ci il təvəllüdlü Səbuhi Həmidli xəsarət alıb.

Yaralılardan Allahverdi Oruczadə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib, digər şəxslərin müalicəsi davam etdirilir. Qəzaya düşənlərin hərbi hissə zabitləri olduğu bildirilir, fakt üzrə araşdırma aparılır.

Lənkəranda Lənkəranda Lənkəranda
Избранный
54
7
apa.az

10Источники