RU

Trabzonspor əsas bombardirini itirdi

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

''Trabzonspor''u şənbə günü superliqanın 29-cu turunda ''Alanyaspor''la səfər oyunu gözləyir. "Football-plus.az" xəbər verir ki, liderdən cəmi 4 xal geridə olan və ardıcıl 7-ci qələbəsini qazanmağı hədəfləyən Fatih Təkkənin komandası ciddi bir itki ilə üzləşib. Belə ki, qaradənizlilərin əsas qol silahı Paul Onuaçu cümə günkü məşqdə zədələnib. Məşqi yarımçıq tərk etməli olan təcrübəli forvardın durumunun gözləniləndən ciddi olduğu üzə çıxıb. Sol ayaq əzələsini dartan Onuaçunun adı klubun tibbi personalının məsləhəti ilə ''Alanyaspor''la oyunun iştirak ərizəsindən çıxarılıb. Klubdan verilən açıqlamada nigeriyalının müalicəsinə başlanıldıgı qeyd olunub. Bu mövsüm vurduğu qollarla komandasına həyat verən və önəmli xallar qazandıran Onuaçusuz ''Trabzonspor''un necə təsir bağışlayacağı maraq doğurur. Son 10 turun yalnız 1-də meydanı qolsuz tərk edən 31 yaşlı futbolçu hazırda 22 qolla bombardirlər yarışına başçılıq edir. Nigeriya yığmasının üzvü bu mövsüm ''bordo-mavilər''in heyətində 28 rəsmi oyunda iştirak edərək aktivinə 24 qol, 2 məhsuldar ötürmə yazıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
1
icma.az

2Источники