RU

Naxçıvanda İranın Ali Rəhbərinin xatirəsi anılıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Naxçıvan, 10 aprel, AZƏRTAC

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar aprelin 10-da Naxçıvan şəhərində anım mərasimi keçirilib, ehsan süfrəsi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev, İranın Naxçıvandakı Baş konsulu Əziz Mənsuri, dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Baş nazir Cabbar Musayev İranın Ali Rəhbərinin ölümünün 40-cı günü münasibətilə başsağlığı verib.

Mərasimdə Azərbaycan–İran əlaqələrindən bəhs olunub. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə müharibə dövründə İrana humanitar yardımlar göstərilib. Bu addım iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirilib.

Müxbir – Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
41
5
azertag.az

6Источники