ain.az bildirir, Avtosfer portalına istinadən.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın Sabunçu rayonunda piyadaların təhlükəsizliyinin gücləndirilməsi istiqamətində növbəti addım atıb.
Avtosfer.az xəbər verir ki, Əjdər Məlikov və Mais Əsədov küçələrinin kəsişməsində iki ədəd “L” tipli dirək üzərində yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib. Svetoforlar həm nəqliyyat vasitələri, həm də piyadalar üçün xüsusi bölmələrdən ibarətdir.
Yeniliyə əsasən, piyadalar dirək üzərində yerləşən düyməni sıxmaqla yaşıl işığın yanmasını təmin edir və bununla da yolu daha təhlükəsiz şəkildə keçə bilirlər.
Görülən tədbirlər şəhər ərazisində hərəkətin təhlükəsizliyinin artırılmasına və piyadaların rahatlığının təmin olunmasına xidmət edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.