RU

İranda 125 mindən çox mülki obyektə ziyan dəyib

ABŞ və İsrailin İrana hücumları nəticəsində ölkədə 125 min 630 mülki obyekt zərər görüb.

Redaktor.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd məlumat verib.

Kulivəndin sözlərinə görə, zədələnmiş obyektlərin 23 min 500-ü ticarət mərkəzləri və kommersiya müəssisələri, 339-u isə xəstəxanalar, apteklər, laboratoriyalar, klinikalar və təcili yardım otaqları daxil olmaqla səhiyyə müəssisələridir.

Qeyd olunub ki, fevralın 28-də ABŞ və İsrailin hücumları ilə başlayan müharibə nəticəsində minlərlə insan həyatını itirib.

İranın məhkəmə ekspertizası təşkilatının rəhbəri Abbas Məscidi Arani aprelin 9-da bildirib ki, zərbələr nəticəsində ölkədə 3000-dən çox insan həlak olub.

Xatırladılıb ki, ABŞ və İran 8 aprel gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəlib və tərəflərin Pakistanda sülh danışıqları aparması planlaşdırılır.

Aminə ŞAHSUVARQIZI

Избранный
31
redaktor.az

1Источники