RU

MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır

MEDİA: Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır

"Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır".

AFN.az xəbər verir ki, bu, Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı açıqlamada öz əksini tapıb.

Açıqlamada bildirilir: "Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiya xarakteri daşıyır. Bu kimi cəhdləri qətiyyətlə pisləyirik. Bu növ iddialar ya qəsdən təxribat xarakteri daşıyır, ya da tamamilə məsuliyyətsiz və əsassız yanaşmanın nəticəsidir".

Agentlik vurğulayıb ki, müasir texnoloji imkanlar, həmçinin region və Körfəz ölkələrinin malik olduğu radar sistemləri vasitəsilə uçuş vasitələrinin hansı istiqamətdən buraxıldığını müəyyən etmək çətin deyil. Bu sistemlər obyektlərin mənşəyi və trayektoriyasını aydın şəkildə müəyyən edir.

"Bildiririk ki, Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və regional sabitliyin qorunmasına daim sadiqdir. Bütün tərəfləri yalnız yoxlanılmış və etibarlı mənbələrə istinad etməyə, təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırırıq".

Sonda MEDİA media subyektlərini və sosial şəbəkə istifadəçilərini informasiya yayımı zamanı yüksək peşəkarlıq və məsuliyyət nümayiş etdirməyə, yalnız rəsmi mənbələri əsas götürməyə səsləyib.

Избранный
22
49
afn.az

10Источники