RU

Uqandada 200 şimpanze arasında “vətəndaş müharibəsi” BAŞLADI – VİDEO

Uqandada 200 şimpanze arasında “vətəndaş müharibəsi” başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Science” jurnalı məlumat yayıb.

Uqandada yaşayan 200 şimpanzedən ibarət qrup daxilində ciddi parçalanma və qarşıdurma qeydə alınıb.

Alimlər bunu “vətəndaş müharibəsi” adlandırırlar.

Gərginliyə səbəb 2015-ci ildə sürüdəki əsas erkək fərdlərin tələf olması nəticəsində yaranan boşluq olub. Onların yerinə gələn yeni və daha aqressiv şimpanzelər qrupdaxili münasibətləri gərginləşdirib.

2018-ci ildə bu parçalanma daha da dərinləşərək şimpanzelər arasında sosial və reproduktiv əlaqələrin tamamilə kəsilməsinə gətirib çıxarıb.

Nəticədə, sürünün bir hissəsinə aid erkəklər digər qrupdakı həmcinslərinə hücum etməyə başlayıblar.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
21
interpress.az

1Источники