Qəzza zolağında humanitar vəziyyətin ağır olaraq qaldığı bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə Médecins Sans Frontières (Sərhədsiz Həkimlər – MSF) təşkilatının təcili yardım şöbəsinin müdiri Klaie San Filippo açıqlama verib.
O bildirib ki, atəşkəsin başlanmasından altı ay keçməsinə baxmayaraq, bölgədə zorakılıq tam dayanmayıb: “Altı aydan sonra atəşkəs Qəzzada fələstinlilərin soyqırımına son qoymayıb”.
MSF nümayəndəsinin sözlərinə görə, vəziyyət fəlakətli olaraq qalır, çünki hücumlar davam edir və mülki əhalinin normal həyat şəraiti ciddi şəkildə pozulub.
O qeyd edib ki, İsrail hakimiyyəti humanitar yardımın bölgəyə çatdırılmasını da məhdudlaşdırmaqda davam edir.
Təşkilatın məlumatına əsasən, Qəzza Səhiyyə Nazirliyinin göstəricilərinə görə, 10 oktyabr 2025-ci ildə elan edilən atəşkəsdən bəri ən azı 733 nəfər həlak olub, 1913 nəfər yaralanıb.
MSF dünya liderlərini və hökumətləri, o cümlədən ABŞ, Avropa İttifaqı və ərəb ölkələrini mülki əhalinin qorunması, yaşayış şəraitinin bərpası və humanitar yardımın maneəsiz çatdırılması üçün İsrailə təzyiq göstərməyə çağırıb.
Aminə ŞAHSUVARQIZI