RU

Beynəlxalq axtarışda olan cinayətkar BƏƏ-dən Azərbaycana ekstradisiya edilib

Bakı. Trend:

İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosutərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş və hazırda yerimüəyyən edilən daha bir şəxsin aprelin 10-da Nazirlik tərəfindənAzərbaycana ekstradisiyası həyata keçirilib.

Trend xəbərverir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 2013-cü ildə qabaqcadan cinayət əlaqəsinə girərəkəlbir olduğu qrupda xarici vətəndaş olan V.Şilderin qəsdənöldürülməsinə nail olmaq üçün külli miqdarda pul vəd edərək onunqətlini sifariş etmiş və sonda qətlin icraçısı Elman İsgəndərovvasitəsilə V.Şilderin bədəninin müxtəlif nahiyələrinə bıçaqlaxəsarətlər yetirilərək onun qəsdən həyatdan məhrum edilməsində(Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-cimaddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşıƏli-zadə Xəyal Məzahir oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərindəmüəyyən olunub və o, həbs edilib.

Adıçəkilən şəxsin Birləşmiş Ərəb Əmirliklərində olması ehtimalınəzərə alınaraq, 2023-cü ildə beynəlxalq prosedurlara uyğun tələbolunan sənədlər həmin dövlətə göndərilib. Aparılan mütəmadidanışıqlardan və həmin şəxs həbs edildikdən sonra onun ölkəmizəekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsindəAzərbaycanın beynəlxalq aləmdə mövcud olan nüfuzunu və BirləşmişƏrəb Əmirliklərinin dövlətimiz üçün etibarlı tərəfdaş olmasını birdaha təsdiq edir.

Əli-zadə Xəyal Məzahir oğlu Ədliyyə Nazirliyinin Beynəlxalqəməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətininməsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindənölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiqistintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davametdirilir.

Избранный
25
44
az.trend.az

10Источники