RU

SƏRT TƏPKİ: Tramp onun üstünə elə bağırdı ki… KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tramp NATO görüşündə Avropa ölkələrini cəzalandırmaqla hədələyib.

KONKRET.az xəbər verir ki, Financial Times (FT) nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə Ağ Evdə keçirilən görüş zamanı sərt açıqlamalar verib.

Bildirilir ki, Tramp görüş zamanı əsəbiləşərək ABŞ-ı kifayət qədər dəstəkləmədiyini düşündüyü NATO üzvü olan Avropa ölkələrini cəzalandırmaqla hədələyib. Məlumatda qeyd olunur ki, bu xəbərdarlıq xüsusilə İrana qarşı hərbi əməliyyatlar kontekstində müttəfiqlərin mövqeyi ilə bağlı olub.

Nəşrin yazdığına görə, Tramp hansı konkret tədbirlərin görülə biləcəyini açıqlamayıb. NATO rəsmilərinin bildirdiyinə əsasən, ABŞ prezidentinin Fransa və İspaniyaya qarşı narazılığı görüşün əsas mövzularından biri olub.

Məsələ ilə bağlı Ağ Ev və NATO tərəfindən rəsmi təsdiq və ya əlavə şərh verilməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
konkret.az

2Источники