Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Donald Tramp administrasiyası ilə görüşmək üçün ABŞ-yə səfər edib.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Dmitriyev Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmır, lakin ABŞ-la iqtisadi əməkdaşlıq qrupu çərçivəsində işləyir.