RU

Ursula fon der Lyayen ilk dəfə Aleksus Qrinkeviçlə görüşəcək

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilk dəfə 15 apreldə Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviçlə, 16 apreldə isə ABŞ-a səfərindən sonra NATO-nun baş katibi Mark Rutte ilə görüşəcək.

Ucnoqta.az bildirir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo Brüsseldə keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, Avropa Komissiyasının prezidenti çərşənbə günü Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviçlə, ardınca cümə axşamı NATO-nun baş katibi Mark Rutte ilə görüşəcək.
Pinyo qeyd edib ki, bu görüşlərə İran, İsrail və ABŞ arasındakı münaqişə kontekstində baxmaq lazımdır və Rutte fon der Llyayenə 8-12 aprel tarixlərində ABŞ-da keçirdiyi görüşlər, o cümlədən ABŞ prezidenti Donald Trampla görüşləri barədə məlumat verəcək. Görüşlər zamanı ABŞ prezidenti NATO-dan narazılığını bildirib.

Избранный
16
ucnoqta.az

1Источники